Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, yanğın İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın yeraltı qarajında başlayıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
İman İmanlı
yanğın Bİnəqədi





Mənbə: lent.az