Belə görünür ki, Maykl Olisenin Münhendəki qalma müddəti sona yaxınlaşır və bir neçə əsas xəbərdə bunlara işarə olunur:
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk növbıdə mənzil problemi: Olise tətilindən dərhal sonra yeni bir ev axtarmalı olacaq. O, 2024-cü ildən bəri Jerom Boatenqin villasını kirayələyir, lakin “Bavariya”nın keçmiş müdafiəçisi avqustun sonuna qədər əmlakı satmaq qərarına gəlib. Mənzil məsələsi bununla, əlaqəlidirmi?
• Mbappenin agenti oyundadır: Daxili mənbələrin məlumatına görə, Kilian Mbappe Dünya çempionatı zamanı Oliseni “Real”a keçməyə inandırmağa çalışıb və artıq Florentino Peresə qanad oyunçusundan "müsbət siqnallar" aldığını bildirib.
• Çempionlar Liqasında qələbəyə susamaq: Maykl üçün əsas amil Çempionlar Liqasıdır. 24 yaşlı fransız əmindir ki, əsas Avropa kubokunu qaldırmaq şansı Madriddə Münhendən daha yüksəkdir.
• Bukmekerlər şoka düşüblər: Olisenin “Real”a transfer olma ehtimalı cəmi 24 saat ərzində saat 15:00-dan 1.90-a düşüb! Transfer ehtimalı təxminən 8 dəfə artıb və hazırda onun “Bavariya”da qalma şansına bərabərdir (həmçinin 1.90).
İdman xəbərləriMənbə: lent.az