IMG-LOGO

Bir ay komada qalan aktyor o biri dünyada gördüklərini danışdı

24 Jul 2026 18:49 3 baxış
IMG
6 0

Britaniyalı aktyor Şiv Qrüol 2013-cü ildə keçirdiyi ağır ürək tutmasından sonra yaşadıqlarını illər sonra yenidən bölüşüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor kliniki ölüm yaşadığı anlarda özünü qəribə bir boşluqda hiss etdiyini deyib. Onun sözlərinə görə, sanki bədəni yox idi, lakin düşünmək və hiss etmək qabiliyyətini itirməmişdi. Aktyor həmin vəziyyəti suda çəkisiz şəkildə üzməyə bənzədib.

O, gördüyü mənzərələr arasında kosmik boşluqları və uzaqdan hərəkət edən meteoritləri xatırladığını deyib. Qrüol həmin anlarda öldüyünü dərk etdiyini, lakin yenidən həyata qayıdacağına inandığını bildirib.

Aktyorun sözlərinə görə, o, həyat yoldaşının yanına qayıtmaq üçün "ali qüvvələrdən" israrla ikinci şans istəyib. Nəticədə sağ qalmağı bacardığını deyən Qrüol bu təcrübəni "çox canlı bir yuxu" kimi xarakterizə edib.

Yaşadığı hadisədən sonra onun həyata baxışı tamamilə dəyişib. Şiv Qrüol sonrakı illərdə yaratdığı abstrakt rəsmlərdə kliniki ölüm zamanı gördüyünü iddia etdiyi görüntüləri əks etdirməyə çalışdığını bildirib.

Qeyd edək ki, kliniki ölüm zamanı yaşanan təcrübələr elmi baxımdan tam izah olunmayıb. Alimlər bu cür hisslərin beyində oksigen çatışmazlığı, neyrokimyəvi dəyişikliklər və digər fizioloji proseslərlə əlaqəli ola biləcəyini bildirirlər. 

Xatırladaq ki, o. 2013-cü ildə Londondakı evində qəfil ürək tutması keçirib. Həkimlərin sözlərinə görə, onun ürəyi təxminən 7 dəqiqə dayanıb. Təcili tibbi müdaxilə nəticəsində həyatı xilas edilən aktyor sonradan bir ay müddətinə süni komaya salınıb.

kliniki ölüm ürək tutması koma aktyor sağlamlıq

Mənbə: lent.az

Xəbər lenti