IMG-LOGO

Oksana xəstəxanalıq oldu

24 Jul 2026 18:45 3 baxış
IMG
1 0

Rəqqasə Oksana Rəsulova Batumidə xəstəxanaya düşüb. 

Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

O, ailəsi ilə birgə keçirdiyi 6 günlük Batumi tətilində qaldıqları hotelin çimərliyinin natəmiz olması səbəbindən bağırsaq infeksiyasına yoluxduqlarını yazıb:

“Dənizin vəziyyəti ilə bağlı da çox məyus oldum. Çox insanın çimdiyi dənizin təmizliyi məndə ciddi narahatlıq yaratdı.Təəssüf ki, oğlum da Batumidə xəstələndi. Səhər saatlarında çimərlikdə o qədər çirk və natəmizlik görürsən ki, insan həqiqətən dəhşətə gəlir. Ətrafda çoxlu sahibsiz itlər də var. Belə bir şəraitdə, xüsusilə immunitetiniz zəifdirsə, hər hansı infeksiyaya yoluxmaq çox asandır. Təəssüf ki, biz də bağırsaq infeksiyasına yoluxduq — mən və oğlum Usman. Nəticədə Batumi xəstəxanasına düşdük və burada üç gün qaldıq”. 

rəqqasə xəstəxana batumi

Mənbə: lent.az

Xəbər lenti