ABŞ-ın çip istehsalçısı Qualcomm mobil prosessorların qiymətlərini iki rəqəmli faizlə artırmağa hazırlaşır.
Lent.az xəbər verir ki, məlumata görə, şirkət bu qərarı qabaqcıl istehsal xərclərinin yüksəlməsi və süni intellekt funksiyalarını dəstəkləyən yeni nəsil çiplərə artan tələbatla əlaqələndirir.
Qiymət artımının ilk növbədə 2027-ci ildə təqdim ediləcək premium smartfon modellərinə təsir edəcəyi gözlənilir.
Qualcomm prosessorlarından Samsung, “Xiaomi”, “OnePlus”, Honor, Motorola və digər aparıcı Android istehsalçıları geniş istifadə etdikləri üçün bu addımın yeni telefonların satış qiymətlərini artıracağı istisna edilmir.
Sənaye analitikləri bildirirlər ki, son illərdə smartfonlarda generativ süni intellekt funksiyalarının geniş yayılması daha güclü və bahalı prosessorlara ehtiyacı artırıb.
Nəticədə istehsalçılar artan komponent xərclərini son istifadəçi qiymətlərinə əks etdirmək məcburiyyətində qala bilərlər.
“Reuters”in məlumatına görə, qiymət artımının dəqiq miqdarı və tətbiq tarixi hələ açıqlanmasa da, qərarın bazara təsirinin əhəmiyyətli olacağı gözlənilir.
çip Qualcomm
Mənbə: lent.az