IMG-LOGO

Hacıqabulda avtomobil körpüdən aşdı, yaralılar var - FOTO

25 Jul 2026 14:49 5 baxış
IMG
1 0

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 75 yaşlı İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 56 yaşlı Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr yol qəzası

Mənbə: lent.az

Xəbər lenti