IMG-LOGO

Bekhem Dünya çempionatından milyonlarla dollar qazandı

26 Jul 2026 09:35 4 baxış
IMG
0 0

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem 2026-cı il Dünya çempionatı zamanı reklam kampaniyalarından təxminən 25 milyon dollar qazanıb.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Bekhem ən azı 11 brendin reklam kampaniyalarında iştirak edərək çips və pivədən tutmuş bank xidmətlərinə qədər müxtəlif məhsulların reklamını edib.

Onun qazancı turnirdə çıxış edən sənətçilərin qazancını keçib. Müğənni Şakira açılış və bağlanış mərasimlərində çıxış etdiyinə görə 20 milyon dollar qazanıb. Turnirin finalının fasiləsində mahnı ifa edən Castin Biber isə 16 milyon dollar qazanıb.

2026-cı il Dünya çempionatı ABŞ, Kanada və Meksikada 48 milli komandanın iştirakı ilə keçirilib. İspaniya finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək qalib gəlib.  

Devid Bekhem futbol dünya çempionatı

Mənbə: lent.az

Xəbər lenti