IMG-LOGO

Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı

27 Jul 2026 15:23 4 baxış
IMG
0 0

Qaxda Vətən müharibəsi qazisi bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə bu gün rayonun Ləkit-Kötüklü kəndində qeydə alınıb. 

Kənd sakini, 43 yaşlı İlkin Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun kəsilmiş-deşilmiş xəsarətlər aldığı bildirilir. 

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. 

Qeyd edək ki, 2 uşaq atası olan İ. Babayev Vətən müharibəsi qazisidir.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti