IMG-LOGO

Həyat yoldaşını öldürən qısqanc kişiyə HÖKM OXUNDU

27 Jul 2026 16:57 5 baxış
IMG
2 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Bakıda həyat yoldaşını bıçaqlamaqda öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə hökm oxuyub. 

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən İlham Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək dövlət ittihamçısı təqsirləndirilən İlham Hüseynovun  10 il,6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2026-cı ilin mart ayında paytaxtın Yasamal rayonunda baş verib. İlham Hüseynov kirayə yaşadıqları evdə mübahisə etdiyi həyat yoldaşı Şəhla Hüseynovanı 10 bıçaq zərbəsi ilə qətlə yetirib. İttihama görə, hadisəyə səbəb qısqanclıq olub.

Faktla bağlı cinayət işi açılıb. İlham Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Hadisələr bıçaqlanma

Mənbə: lent.az

Xəbər lenti