IMG-LOGO

"Nvidia"dan sərt addım: Süni intellekt təhlükəsizliyi üçün yeni alyans yaratdı

28 Jul 2026 03:08 3 baxış
IMG
0 0

ABŞ-ın çip istehsalçısı "Nvidia" süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəni təşviq etmək məqsədilə "Open Secure AI Alliance" (Açıq Təhlükəsiz Süni İntellekt Alyansı) adlı yeni təşəbbüs yaratdığını açıqlayıb.

Lent.az xəbər verir ki, alyans açıq mənbəli texnologiyalar vasitəsilə təhlükəsizlik boşluqlarını aşkar edib aradan qaldırmağı və kibermüdafiə üçün etibarlı süni intellekt alətləri hazırlamağı hədəfləyir.

Təşəbbüsə “Microsoft”, “IBM”, “Cisco”, “Dell Technologies”, “Cloudflare”, “Salesforce”, SAP və digər iri texnologiya şirkətləri qoşulub.

Bununla yanaşı, “OpenAI”, “Anthropic” və “Google” alyansın ilk tərəfdaşları arasında yer almayıb.

 

Nvidia

Mənbə: lent.az

Xəbər lenti