IMG-LOGO

Qubada yol qəzası: "Mercedes"in sürücüsü öldü - YENİLƏNİB

28 Jul 2026 09:29 3 baxış
IMG
15 0

Qubada ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə Quba-Qusar avtomobil yolunun Dağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qasımov Adil Nadir oğlunun idarə etdiyi minik avtomobili əks istiqamətdə hərəkətdə olan Bağırov Elnur Mərdan oğlununun idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə Adil Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

*** 27 iyul, saat 18:01

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az bildirir ki, qəza Quba–Qusar avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü, Quba şəhər sakini, 30 yaşlı Adil Qasımov hadisə yerində ölüb. (APA)

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti