Biləsuvarda yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
"Niva" markalı avtomobil idarəetməni itirərək, kollektora düşüb.
İlkin məlumata görə, sürücü 66 yaşlı Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.
Faktla bağlı araşdırma başlanılıb.
Hadisələr yol qəzasıMənbə: lent.az