IMG-LOGO

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı - YENİLƏNİB

28 Jul 2026 11:20 3 baxış
IMG
11 0

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı uşaq özünü binadan ataraq xəsarət alıb.

Lent.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar iyulun 28-i saat 01:30-da 13 yaşlı oğlan Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ pəncənin açıq yarası diaqnozu qoyulub. Pasiyentə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

*** 00:44

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark yaşayış kompleksində yanğın baş verib .

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə  Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir.

İlkin olaraq yanğının binanın girişindəki elektrik naqillərində baş verdiyi bildirilir

Faktla bağlı araşdırma aparılır.

yanğın Ceyranbatan

Mənbə: lent.az

Xəbər lenti