IMG-LOGO

"Moskva" univermağında yarım milyonluq qızılı ələ keçirən əcnəbi qadına cəza istənildi

28 Jul 2026 10:51 4 baxış
IMG
1 0

Bakı Ağır Cinayətlər Məhkəməsində qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Guzal Mamatovanın 7  il, 11 ay, 28 gün  müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 4 avqust saat 14:30-a təyin olunub.

Xatırladaq ki, Guzal Mamatova əvvəllər "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılları Özbəkistanda satıb. Bu yolla yarım milyon manatadək dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.

Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisələr məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti