IMG-LOGO

Şəmkirdə ferma yandı, mal-qara tələf oldu

29 Jul 2026 14:57 4 baxış
IMG
2 0

Şəmkirdə fermada yanğın olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində fermada qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb, fermanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın zamanı fermada olan 10-dan artıq mal-qara (inək və camış )yanaraq tələf olub, xeyli mal-qara xilas edilib. Hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Hadisələr yanğın Şəmkir FHN

Mənbə: lent.az

Xəbər lenti