Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə ABŞ təmsilçisi Raylen Vaksa məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bununla da Azərbaycan millisinin mundialdakı medal sayını 4-ə çatdırıb.
Daha əvvəl İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medala sahib çıxıblar.
***
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatının final görüşündə Özbəkistan təmsilçisi Bunyod Həsənova məğlub olaraq ikinci yeri tutub.
Bunugüləş üzrə dünya çempionatında daha bir medal qazanıbnla da Azərbaycan millisinin mundialdakı medal sayı 5-ə çatıb.
***
18:39
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Hinata Hanamorini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İdman xəbərləri

Mənbə: lent.az