IMG-LOGO

Dələduzluqda ittiham olunan Hidayət Süleymanov Monteneqrodan Azərbaycana gətirildi

29 Jul 2026 18:38 4 baxış
IMG
1 0

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi və yeri Monteneqroda müəyyən edilən daha bir şəxsin iyulun 29-da Azərbaycana ekstradisiyası baş tutub.

Lent.az-a Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun yeri Monteneqroda müəyyən olunaraq saxlanılıb.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları  Monteneqronun Tivat şəhərindən ölkəmizə gətirib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

 

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti