IMG-LOGO

"Oskar" mükafatlı aktyora cinsi zorakılıq İTTİHAMI

30 Jul 2026 12:32 2 baxış
IMG
15 0

BBC-nin “Cared Leto: Hollivudun qaranlıq sirri” sənədli filmində danışan dörd qadın məşhur aktyor və müğənni Cared Letonun onlara qarşı cinsi zorakılıq və təcavüz xarakterli hərəkətlər etdiyini iddia edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, qadınlar aktyorla gənc yaşlarında tanış olduqlarını və müxtəlif vaxtlarda zorakılığa məruz qaldıqlarını bildiriblər.

Qadınlardan biri 17 yaşında olarkən otel otağının hamamında Letonun cinsi hücumuna məruz qaldığını iddia edib. Digər qadın isə 19 yaşında aktyorun onu cinsi zorakılıqla hədələdiyini söyləyib. Başqa bir qadın 17 yaşında Kaliforniyada Leto ilə münasibət yaşadığını bildirib. Onun sözlərinə görə, həmin münasibət qanunvericiliyə əsasən cinsi zorakılıq kimi qiymətləndirilə bilər.

Dördüncü qadın isə Leto tərəfindən manipulyasiya edildiyini iddia edib. O bildirib ki, 16 yaşında olarkən aktyor nüfuzundan istifadə edərək onunla dəfələrlə cinsi məzmunlu telefon danışığı aparıb və intim münasibət təklif edib. Sənədli filmdə çıxış edən digər qadınlar da Letonun müxtəlif məkanlarda onlara qarşı nalayiq ifadələr işlətdiyini və cinsi məzmunlu söhbətlər apardığını bildiriblər.

Qadınların sözlərinə görə, onlar Leto ilə 2002–2016-cı illərdə, aktyorun 30 və 40 yaşlarında olduğu dövrdə tanış olublar.

Cared Leto isə BBC-nin ittihamlarla bağlı ünvanladığı suallara cavab verməyib. Aktyor haqqında oxşar iddialar daha əvvəl də müxtəlif vaxtlarda gündəmə gəlib.

Cared Leto Hollivud sənədli film maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti