IMG-LOGO

Qax-Şəki yolunda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB

30 Jul 2026 18:46 4 baxış
IMG
4 0

Qaxda baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, qəza zamanı hadisə yerində ölən şəxs rayonun Əmbərçay kənd sakini 60 yaşlı Tacəddin Əhmədovdur.

Yaralılar 44 yaşlı Xəyal Abdul oğlu Həşimov, 52 yaşlı Zaur Səid oğlu Abdullayev və 66 yaşlı Novruz Şəmil oğlu Manafovdur.

Yaralılar müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

17:40

Qax-Şəki yolunda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, bu gün saat 16 radələrində qeydə alınan qəza zamanı “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisələr yol qəzası

Mənbə: lent.az

Xəbər lenti