IMG-LOGO

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

30 Jul 2026 23:15 4 baxış
IMG
0 0

“WhatsApp Web” istifadəçiləri artıq brauzer üzərindən birbaşa səsli və görüntülü zəng edə biləcəklər.

Lent.az xəbər verir ki, bunun üçün ayrıca masaüstü tətbiqini yükləməyə ehtiyac qalmayacaq.

Yeni funksiya həm fərdi, həm də qrup zənglərini dəstəkləyir. Zənglər başdan-başa şifrələnəcək və ekran paylaşımı, cihazlar arasında zəngi davam etdirmə (Call Transfer), fon səs-küyünün azaldılması və daha yüksək görüntü keyfiyyəti (QuickHD) kimi yeni imkanlar da istifadəçilərə təqdim olunacaq.

Yenilik mərhələli şəkildə bütün istifadəçilər üçün aktivləşdirilir.

WhatsApp

Mənbə: lent.az

Xəbər lenti