IMG-LOGO

“Hyundai”dan yeni texnologiya: Avtomobillərin sınaq müddəti xeyli qısalır

31 Jul 2026 03:55 3 baxış
IMG
2 0

“Hyundai” avtomobillərin hazırlanma prosesini sürətləndirəcək yeni nəsil sürücülük simulyatorunu təqdim edib.

Lent.az xəbər verir ki, şirkətin məlumatına görə, yüksək dəqiqlikli sistem müxtəlif yol və hava şəraitini reala yaxın şəkildə canlandıraraq mühəndislərə avtomobilləri sınaqdan keçirməyə imkan verir.

“Hyundai” bildirir ki, yeni simulyator sayəsində əvvəllər aylarla, hətta illərlə davam edən yol testlərinin əhəmiyyətli hissəsini qısa müddətdə virtual mühitdə həyata keçirmək mümkün olacaq.

Bu da yeni modellərin hazırlanma müddətini qısaldacaq, xərcləri azaldacaq və avtomobillərin təhlükəsizlik, idarəetmə və komfort göstəricilərinin daha erkən mərhələdə təkmilləşdirilməsinə kömək edəcək.

 

Hyundai sınaq

Mənbə: lent.az

Xəbər lenti