IMG-LOGO

Qorxunc statistika – 2877 nəfər istidən öldü

31 Jul 2026 07:28 3 baxış
IMG
0 0

 

Böyük Britaniyada bu il müşahidə olunan güclü istilər nəticəsində ölənlərin sayı rekord həddə yaxınlaşıb.

Lent.az xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, may və iyun aylarında baş verən istilərlə əlaqəli təxminən 2877 ölüm qeydə alınıb.

Bu göstərici 2022-ci ildə qeydə alınmış 2985 nəfərlik rekorddan cəmi 108 nəfər azdır və avqust ayı hələ qarşıdadır.

Mütəxəssislər bildirirlər ki, ən böyük risk qrupuna 75 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar və azyaşlı uşaqlar daxildir.

İsti hava dalğaları təkcə insanların sağlamlığına deyil, həm də səhiyyə sisteminə ciddi yük yaradır.

Alimlərin fikrincə, iqlim dəyişikliyi səbəbindən belə ekstremal istilər gələcəkdə daha tez-tez və daha uzunmüddətli olacaq.

 

isti

Mənbə: lent.az

Xəbər lenti