IMG-LOGO

Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı

31 Jul 2026 10:29 3 baxış
IMG
0 0

Lənkəranda kanaldan meyit tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Bəllərbur kəndinin ərazisində qeydə alınıb.

Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin meyiti həmin kənd ərazisindəki kanalda aşkarlanıb. Məlumata görə, mərhum iyulun 26-da itkin düşdüyü üçün axtarışda olub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Hadisələr meyit kanal itkin

Mənbə: lent.az

Xəbər lenti