IMG-LOGO

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi vəfat etdi

31 Jul 2026 12:31 4 baxış
IMG
0 0

“Milan” klubunun və İtaliya millisinin əfsanəvi keçmiş müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Milan” klubunun mətbuat xidməti məlumat yayıb.

Ölüm səbəbi açıqlanmayıb.

Barezi bütün karyerasını “Milan”da keçirib (1978-ci ildən 1997-ci ilə qədər). O, altı İtaliya çempionluğu, dörd İtaliya Super Kuboku, üç Çempionlar Liqası titulunu və üç UEFA Super Kubokunu qazanıb.

Barezi İtaliya milli komandası ilə 1982-ci il Dünya çempionatını, 1994-cü il Dünya çempionatının gümüş və 1990-cı il Dünya çempionatının bürünc medalını qazanıb.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti