IMG-LOGO

Bir qolu olmayan futbolçu qol vurub tarixə düşdü

31 Jul 2026 17:18 3 baxış
IMG
0 0

Farer adalarının "Runavik" klubunda çıxış edən danimarkalı yarımmüdafiəçi Marius Kryuqer Lind UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sloveniyanın "Koper" komandasına qarşı keçirilən səfər oyununda fərqlənib.

Lent.az xəbər verir ki, o, oyunun 70-ci dəqiqəsində komandasının qollarından birini vurub. Qarşılaşma "Runavik"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, avrokubokların tarixində bir qolu olmayan futbolçunun qol vurduğu ikinci hadisə kimi qeydə alınıb.

İlk belə hadisə 1963-cü ildə baş verib. Şimali İrlandiyanın "Dundalk" klubunun futbolçusu Cimmi Heysti Avropa Çempionlar Kubokunda İsveçrənin "Sürix" komandasına qarşı oyunda qol vuraraq tarixə düşüb.

İdman xəbərləri futbol

Mənbə: lent.az

Xəbər lenti