IMG-LOGO

Yer əslində dairəvi deyilmiş: NASA-dan yeni GÖRÜNTÜLƏR

31 Jul 2026 18:03 5 baxış
IMG
0 0

NASA Yerin geoid adlanan yeni vizuallaşdırmasını təqdim edib. X sosial şəbəkəsində paylaşılan videoda planet adi kürə formasından fərqli olaraq qabarıq və çökək səthə malik, kartofu xatırladan görünüşdə təsvir olunub.

Lent.az xəbər verir ki, NASA-nın yaydığı görüntü Yerin faktiki fiziki formasını əks etdirmir.

Söhbət okean səthinin yalnız cazibə qüvvəsinin təsiri altında necə görünəcəyini göstərən elmi modeldən gedir. Bu modeldə qabarma-çəkilmələr, dəniz axınları və küləyin təsiri nəzərə alınmır.

Modeldə görünən təpələr və çökəkliklər Yerin daxilində maddələrin qeyri-bərabər paylanması ilə əlaqədardır. Daha sıx süxurlar yaxud maqma olan bölgələr daha güclü cazibə qüvvəsi yaradır və nəticədə "cazibə təpələri" formalaşır.

Əksinə, maddənin daha az olduğu ərazilərdə cazibə qüvvəsi nisbətən zəif olur və burada "cazibə çökəklikləri" yaranır.

NASA bu kiçik fərqləri görünən etmək üçün onları 10 min dəfə böyüdüb. Əslində isə bu dəyişikliklər cəmi 100 metrə yaxın təşkil edir və adi gözlə müşahidə edilə bilmir.

Alimlər bu modeldən istifadə edərək müəyyən ediblər ki, Yerin cazibə sahəsinin ən yüksək nöqtəsi İslandiya yaxınlığında yerləşir.

dünyadan xəbərlər video videolent

Mənbə: lent.az

Xəbər lenti