IMG-LOGO

"Azəriqaz" rəhbəri Cəbrayılda sakinlərlə görüşdü

31 Jul 2026 17:47 5 baxış
IMG
2 0

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Cəbrayıl rayonunda baş tutub.

Lent.az xəbər verir ki, birlik rəhbəri Cəbrayıl sakinlərilə yanaşı, Beyləqan və Ağcabədi rayonlarından qəbula gələn vətəndaşların da qaz təchizatı ilə bağlı müraciət və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi və təbii qaza tətbiq edilən limitlərlə bağlı olub. 

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

sosial xəbərlər Azəriqaz

Mənbə: lent.az

Xəbər lenti