IMG-LOGO

Kədərlənmək də, sevinmək də insanın yaşamalı olduğu duyğulardır - Hande Erçel

31 Jul 2026 19:20 7 baxış
IMG
2 0

Türkiyənin məşhur aktrisası Hande Erçel qonaq olduğu proqramda şöhrətin həyatına təsirindən və illər ərzində yaşadığı daxili dəyişikliklərdən danışıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, rol aldığı layihələr və şəxsi həyatı ilə daim gündəmdə olan aktrisa bildirib ki, məşhur siması ilə şəxsi kimliyi arasında bəzən çətinlik yaşayır.

"Bəzən Hande ilə Hande Erçel arasında sıxışıram. Mənim kimi aktyor, aktrisa dostlarım da bu hissi yaxşı anlayar", – o bildirib.

Aktrisanın sözlərinə görə, illər keçdikcə özünü qorumağı öyrənib və məşhur kimliyi üçün güclü bir müdafiə qalxanı formalaşdırıb.

"Bu qədər il və yaşadıqlarım məni dəyişib. Artıq Hande Erçel üçün güclü bir qoruma qalxanı yaratmışam", –  o vurğulayıb.

Bununla yanaşı, Erçel etiraf edib ki, hələ də həssas tərəfləri var və insanlara açıldığı zaman zərər gördüyü anlar olub.

"Hələ də üzərində işlədiyim tərəflərim var. Böyüyür, öyrənir və özümü daha yaxşı tanımağa çalışıram", –  aktrisa qeyd edib.

Hande Erçel sonda həyatdakı bütün hisslərin vacib olduğunu söyləyərək, "Bəzən incimək də gözəldir. Kədərlənmək də, sevinmək də insanın yaşamalı olduğu duyğulardır", – fikrini bölüşüb.

Hande Erçel aktrisa məşhur maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti