IMG-LOGO

"Port Baku"da ev yandı - VİDEO - YENİLƏNİB

31 Jul 2026 19:40 4 baxış
IMG
2 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

***

Saat 19:00

Bakının mərkəzində yerləşən "Port Baku" yaşayış kompleksində güclü yanğın başlayıb.

Lent.az sosial mediaya istinadən xəbər verir ki, yanğın binanın yuxarı mərtəbələrində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.  

Sizin brauzer video tagını dəstəkləmir. hadisə bina yanır Port Baku

Mənbə: lent.az

Xəbər lenti