IMG-LOGO

DİQQƏT: Bakının bu küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 Jul 2026 22:01 4 baxış
IMG
0 0

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Eyni zamanda, Şeyx Şamil küçəsində (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) avqustun 1-dən 3-dək yol tam bağlanacaq.

Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinədək) isə iyulun 31-i saat 20:00-dan avqustun 3-ü saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bundan başqa, Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək) iyulun 31-i saat 20:00-dan avqustun 3-ü saat 06:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi, həmçinin təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi riayət etməyi tövsiyə edib. (Azərtac)

yol AAYDA

Mənbə: lent.az

Xəbər lenti