IMG-LOGO

CENTCOM: ABŞ blokadaya görə 30 ticarət gəmisinin istiqamətini dəyişdirib

01 Aug 2026 02:45 2 baxış
IMG

ABŞ İran limanlarının dəniz blokadası bərpa edildikdən sonra 30 ticarət gəmisinin heyətini istiqaməti dəyişməyə məcbur edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlığın məlumatına görə, iyulun 31-nə olan vəziyyətə əsasən, ABŞ hərbçiləri blokada rejiminə əməl olunmasını təmin etmək məqsədilə 30 kommersiya gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha ikisinin göyərtəsinə qalxıb.

Bununla belə, ABŞ Silahlı Qüvvələri humanitar yardım daşıyan 30-a yaxın gəminin keçidinə icazə verib.

CENTCOM həmçinin bildirib ki, hazırda Yaxın Şərq regionunda 20-dən çox ABŞ hərbi gəmisi yerləşir.

ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.

Mənbə: report.az

Xəbər lenti