IMG-LOGO

Tramp prezidentlik müddətinin sonunadək Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçə biləcəyini deyib

01 Aug 2026 02:23 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp faktiki olaraq onun ikinci prezidentlik müddətinin sonuna qədər Qrenlandiyanın Vaşinqtonun operativ nəzarəti altına keçə biləcəyini mümkün hesab edib.

"Report" xəbər verir ki, bu barədə Tramp "Real America`s Voice" telekanalına müsahibəsində bildirib.

Aparıcı Stiv Qruber xatırladıb ki, daha əvvəl Trampın ikinci prezidentlik müddəti ərzində Qrenlandiyanın ABŞ-nin operativ nəzarəti altına keçəcəyini proqnozlaşdırmışdı.

"Əgər bunu etmisinizsə, haqlı çıxacaqsınız. Qrenlandiya çox vacibdir. Sizin belə bir mərc etməyinizə dəyər", - Amerika lideri cavab verib.

Mənbə: report.az

Xəbər lenti