ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Kevin Uorş baza faiz dərəcəsinin müzakirə olunduğu iclasların sayını azaltmaq imkanını araşdırır.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bu, son illərdə FES-nin fəaliyyətində ən əhəmiyyətli dəyişikliklərdən biri ola bilər. Hazırda faiz dərəcəsinə dair səsvermənin keçirildiyi iclaslar ildə səkkiz dəfə baş tutur.
Nəşrin qiymətləndirməsinə görə, iclasların sayının azaldılması çoxillik təcrübədən imtina mənasına gəlir və FES-nin inflyasiyanın dəyişməsinə və əmək bazarındakı vəziyyətə operativ reaksiya vermək qabiliyyətini aşağı sala bilər.
Mənbə: report.az