İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı iki nəfər həlak olub.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, zərbələr HƏMAS-ın Qəzza üzrə Sülh Şurasının planı çərçivəsində silahları təhvil verməyə razılaşmasından bir neçə saat sonra endirilib.
Tibb mənbələrinin məlumatına görə, zərbələr nəticəsində iki nəfər həyatını itirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp HƏMAS birləşmələrinin tam tərk-silah edilməsini nəzərdə tutan razılaşmanın əldə olunduğunu bəyan edib.
Mənbə: report.az