IMG-LOGO

Neapol yaxınlığında baş verən zəlzələ şəhərə ziyan vurub

01 Aug 2026 09:44 2 baxış
IMG

İtaliyanın Neapol şəhəri yaxınlığında baş vermiş 4,7 maqnitudalı zəlzələ nəticəsində şəhərdəki binalara cüzi ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İtaliya Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

"İtaliya Yanğınsöndürmə Xidməti Neapol və onun yaxınlığındakı binalara cüzi ziyan dəyməsi ilə bağlı məlumatların daxil olduğunu, lakin sakinlərin xilas edilməsi və ya kömək göstərilməsi üçün heç bir müraciətin alınmadığını bildirib", - agentliyin məlumatında deyilir.

Zəlzələnin episentri Neapoldan qərbdə, Kampi Fleqrei rayonunda təxminən 3 km dərinlikdə yerləşib.

İtaliya mediası xəbər verir ki, bu, həmin ərazidə indiyədək qeydə alınmış ən güclü zəlzələlərdən biri olub.

Mənbə: report.az

Xəbər lenti