IMG-LOGO

Dombrava: Latviya Belarusla sərhədi bağlayıb

01 Aug 2026 10:15 2 baxış
IMG

Latviya Belarusla sərhədi bağlayıb, vətəndaşlara ölkəyə qayıtmaq üçün digər marşrutlardan istifadə etmələri tövsiyə olunur.

"Report" xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkələrdə məlumat verib.

"Texniki səbəblərə görə Latviya-Belarus sərhədi bağlanıb. Hələ Latviyaya qayıtmayanlardan digər marşrutlardan istifadə etmələrini xahiş edirik", - Dombrava qeyd edib.

Latviya Dövlət Sərhəd Xidmətindən "Paternieki" sərhəd nəzarət məntəqəsində informasiya sistemlərinin işində nasazlığın yarandığını və bu səbəbdən sərhəd nəzarətinin həyata keçirilməsinin müvəqqəti olaraq qeyri-mümkün olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, daha əvvəl Dombrava Latviya vətəndaşlarını Belarusa səfər etməkdən çəkinməyə çağırmışdı.

Mənbə: report.az

Xəbər lenti