IMG-LOGO

Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

01 Aug 2026 14:00 3 baxış
IMG

Qaxda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti