IMG-LOGO

Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazanıb

01 Aug 2026 13:40 3 baxış
IMG

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Mənbə: report.az

Xəbər lenti