Güclü küləyin şiddətləndirdiyi meşə yanğınları şənbə günü Yunanıstanın bir neçə rayonunu, o cümlədən Afina ətrafını bürüyüb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Ölkədə yanğınların söndürülməsi və əhalinin təcili təxliyəsi üzrə irimiqyaslı əməliyyatlar davam edir.
Agentliyin məlumatına görə, yaxın vaxtlara qədər yanğın təhlükəsi riskinin yüksək olduğu mövsümün nisbətən sakit keçdiyi və davamlı ekstremal istilərin daha az müşahidə olunduğu Yunanıstanda yeni yanğın ocaqları alovlanıb. Güclü küləklər alovun daha da yayılmasına səbəb olur.
Mənbə: report.az