IMG-LOGO

Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib

01 Aug 2026 15:13 3 baxış
IMG

İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koştaya məktub göndərərək İspaniyanın Seuta şəhərindəki miqrasiya böhranı ilə əlaqədar Aİ ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransın çağırılmasını xahiş edib.

"Report" xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məktubun mətninə istinadən məlumat yayıb.

"Bu görüş bizə belə vəziyyətlərə ümumi cavab hazırlamağa və xarici sərhədlərimizin təhlükəsizliyinin yalnız ittifaqın ön xəttində olanların deyil, bütün üzv dövlətlərin ümumi məsuliyyəti olduğunu yenidən təsdiqləməyə imkan verməlidir", - o qeyd edib.

Sançes qeyd edib ki, İspaniya sərhəd nəzarətini 48 saatdan az müddətdə bərpa edib, humanitar yardım göstərib və ölkə sərhədini keçənlərin demək olar ki, hamısını geri qaytarıb.

O, həmçinin məktubda blokun bəzi ölkələrinin İspaniyanın Şengen zonasından müvəqqəti çıxarılmasını tələb edərkən "qərəzlilik, yalan şayiələr, cəhalət və ya siyasi maraqlardan" çıxış etməsindən narahatlığını bildirib. Bununla belə, Sançes Aİ-nin konkret ölkələrinin adlarını çəkməyib.

Mənbə: report.az

Xəbər lenti