IMG-LOGO

Çağla Şıkel uşaqlıq illərinə qayıtdı: Anasının hədiyyəsi onu kövrəltdi

01 Aug 2026 17:37 3 baxış
IMG
18 0

Məşhur model və aparıcı Çağla Şıkel sosial media hesabında uşaqlıq illərinə aid fotosunu izləyiciləri ilə bölüşüb.

Lent.azın Türkiyə KİV-ə istinadla xəbərinə görə, bacısı ilə tennis oynadığı illərdə çəkilən fotonu paylaşan Şıkel bildirib ki, şəkildə əynində olan ağ paltarları anası öz əlləri ilə tikib. O, həmçinin boyunlarında olan gözmuncuqlu boyunbağının da anasının əməyi olduğunu qeyd edib.

Çağla Şıkel illərdir yadında qalan həmin boyunbağını yenidən hazırlatdığını da açıqlayıb.

"Anam paltarlarımızı tikmiş, öz əlləri ilə gözmuncuğu hazırlayıb bizi tennisə yola salmışdı. O boyunbağı illərdir yadımdan çıxmırdı. Dünən Alaçatıda demək olar ki, eynisini hazırlatdıq, bacıma da aldım. Çox gözəl alınıb", – deyə o, paylaşımında yazıb.

maqazin xəbərləri Çağla Şikel

Mənbə: lent.az

Xəbər lenti