IMG-LOGO

İranda mis mədənində partlayış: 2 nəfər öldü

01 Aug 2026 21:00 5 baxış
IMG
1 0

İranın Mərkəzi ostanının Dəlican şəhərində yerləşən mis mədənində partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Mərkəzi ostanının Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə bu gün günorta saatlarından əvvəl qeydə alınıb.

Partlayış nəticəsində 2 fəhlə həlak olub, xəsarət alanlar isə xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

iran mədən partlayış

Mənbə: lent.az

Xəbər lenti