IMG-LOGO

Fransanın Baş naziri ölkədəki meşə yanğınlarının nəzarət altına alındığını bildirib

02 Aug 2026 01:11 4 baxış
IMG

Fransanın Baş naziri Sebastyan Lekornu ölkəni bürüyən meşə yanğınlarının nəzarət altına alındığını bəyan edib.

"Report" xəbər verir ki, o bu barədə "La Tribune Dimanche" qəzetinə müsahibəsində deyib.

Hökumət başçısının sözlərinə görə, ən mürəkkəb vəziyyət ölkənin cənub-qərbindəki Jironda departamentində müşahidə olunub, orada yanğın gözlənilməz şəkildə yayılıb.

"Fövqəladə hallar xidmətlərinin işi və alovun daim izlənilməsi sayəsində indi vəziyyət yenidən sabitləşib", - Lekornu açıqlayıb.

Qeyd olunduğu kimi, bu il Avropada, o cümlədən Fransa və İspaniyada yanğınlar rekord miqyasa çatıb. Daha əvvəl Avropa Komissiyası məlumat verib ki, Avropa İttifaqının (Aİ) mülki müdafiə mexanizmi çərçivəsində Aİ ölkələrindən 13 təyyarə, dörd helikopter və yüzlərlə yanğınsöndürən cəlb olunub.

Mənbə: report.az

Xəbər lenti