IMG-LOGO

Əraqçi: ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab veriləcək

02 Aug 2026 02:58 2 baxış
IMG

İran ordusu ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab verəcək.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudla telefon danışığında deyib.

"İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini müdafiə etməyə tam hazırıq", - Əraqçi bildirib və əlavə edib ki, ABŞ ilə İsrail tərəfindən hər hansı hücum, düşmənçilik hərəkətləri, eləcə də region ölkələrinin bunda iştirakı adekvat cavabla qarşılanacaq.

Əraqçi bütün baş verə biləcəklərə görə məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü bəyan edib.

Mənbə: report.az

Xəbər lenti