Türkiyənin Siirt vilayətində çaya düşən 12 yaşlı oğlunu xilas etmək üçün suya atılan kişini axın aparıb və itkin düşüb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, axşam saatlarında Siirt-Eruh avtomobil yolunun Botan körpüsü ərazisində uşaq müvazinətini itirərək Botan çayına yıxılıb.
"Atası oğlunu xilas etmək üçün suya atılıb, ancaq axına düşüb", - məlumatda bildirilib və əlavə edilib ki, bölgəyə 112 Təcili Tibbi Yardım, Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Milli Tibbi Xilasetmə Xidmətinin (UMKE) əməkdaşları, jandarm və Siirt Bələdiyyəsinin Yanğınsöndürmə Xidmətinin dalğıc qrupları göndərilib.
Qruplar tərəfindən sudan çıxarılan uşağın öldüyü müəyyən edilib: "Uşağın cansız bədəni prokurorluq araşdırmasından sonra Siirt Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb".
Suda itkin düşən kişinin axtarış-xilaetmə işləri hava qaraldığı üçün sabah səhər davam etdiriləcək.
Mənbə: report.az