Amerikalı aktyor Vinsent Pastore 80 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Məlumata görə, aktyorun cəsədi avqustun 1-də Nyu-Yorkdakı evində dostu tərəfindən aşkarlanıb. Bildirilir ki, Pastore bir neçə gündür yaxınları ilə əlaqə saxlamırdı.
Vinsent Pastore "Klan Soprano" serialında Salvatore Bonpensiero obrazı ilə yanaşı, "Goodfellas", "Carlito's Way", "Revolver" və digər məşhur filmlərdə də rol almışdı.
ABŞ, Vinsent Pastore, kino
Vinsent Pastore Klan Soprano
Mənbə: lent.az