IMG-LOGO

"Bloomberg": Almaniyanın ÜDM-i 2027-ci ildə 1,1% arta bilər

02 Aug 2026 06:42 4 baxış
IMG

Almaniyanın ÜDM-i 2027-ci ildə 1,1%, 2028-ci ildə isə 1,2% arta bilər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" analitiklərin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, infrastruktur və müdafiə xərclərinin artması iqtisadiyyatın bərpasına təkan verəcək. 2026-cı ildə Almaniyanın hərbi büdcəsinin €100 milyardı ötəcəyi, infrastruktura qoyulan illik investisiyaların isə €50 milyarda çatacağı gözlənilir.

"Bloomberg" həmçinin qeyd edir ki, Kansler Fridrix Mertsin biznesin dəstəklənməsi hesabına artımın stimullaşdırılmasına yönəlmiş iqtisadi siyasəti mühüm rol oynayır. Xüsusilə, hökumət aşağı və orta gəlirli vətəndaşlar üçün gəlir vergisinin ildə €10 milyard məbləğində azaldılması üzrə tədbirlər hazırlayır.

Eyni zamanda, analitiklər iqtisadiyyat üçün risklər, o cümlədən yanacağın qiymətinin artmasına səbəb ola biləcək Yaxın Şərqdəki münaqişənin mümkün eskalasiyası barədə xəbərdarlıq edirlər. Çində Almaniya avtomobillərinin satışının azalması, ABŞ tarifləri və yüksək daxili xərclər əlavə risk amilləri olaraq göstərilir.

Mənbə: report.az

Xəbər lenti