Venesuelada gələcəkdə seçkilərin keçirilməsi zəruridir, lakin indi bunun üçün uyğun vaxt deyil.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son nəticədə ölkədə hakimiyyət keçidi baş tutmalı və bütün səviyyələrdə legitim seçkilər keçirilməlidir ki, yeni rəhbərlik xalqdan alınmış qanuni mandata malik olsun.
Rubio qeyd edib ki, bu yolda ilk addım milli barışıq olmalıdır, çünki Venesuela cəmiyyəti uzun müddətdir ki, siyasi baxımdan parçalanmış vəziyyətdədir.
Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, Venesuela bir çox iqtisadi problemləri həll etməlidir və hazırda ilkin vəzifə ölkədə vəziyyətin sabitləşdirilməsidir.
Mənbə: report.az