Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Sıçuan vilayətində güclü leysan və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfəri təxliyə edib.
"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, avqustun 1-də vilayətin bir neçə şəhərinə, o cümlədən inzibati mərkəzi olan Çenduya yenidən leysan yağışları yağıb. Bəzi rayonlarda bir sutka ərzində 186 mm-ə qədər yağıntı düşüb.
Rəsmi məlumatlara görə, may ayında başlayan daşqın mövsümünün əvvəlindən bəri Sıçuanda ümumilikdə 881 min nəfər təxliyə edilib.
Mənbə: report.az