IMG-LOGO

Marko Rubio: ABŞ Tayvan ətrafında status-kvonun dəyişdirilməsinə qarşıdır

02 Aug 2026 09:06 5 baxış
IMG

Vaşinqton təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq", - o qeyd edib.

Rubionun sözlərinə görə, Vaşinqton ikitərəfli görüşlər zamanı bu mövqeyini Çin tərəfinə aydın şəkildə çatdırıb.

Mənbə: report.az

Xəbər lenti